Müəyyən həyat dönəmində seksual istəyin azalması və ya itməsi ilə istənilən insan rastlaşa bilər.
Seksual istəyin azalması gənclərdə də son illər çox rast gəlinir.
Medicina xəbər verir ki, ginekoloq Kamil Bəxtiyarov problemin kökünü harda axtarmalı olduğumuzu açıqlayıb.
"Əgər ürəyiniz heç seks istəmirsə, bu sizi narahat edirsə və səbəbi bilmirsizsə, kişilər ilk öncə androloqa, qadınlar isə ginekoloqa gedib fizioloji səbəbləri araşdırmalıdır:
bu hansısa orqan problemi, hormonal pozuntu, sidik sistemi xəstəliyi, klimakterik dövr ola bilər.
Əgər burda hər şey normaldırsa, o zaman psixoloji, somatik səbəblər axtarılmalıdır. Bu zaman seksoloq, psixoterapevtlə işləmək lazımdır.
Libidonun aşağı düşməsi həmişə sadəcə simptomdur. Səbəb başqadır.
Orqanizmdə hər şeyin qaydasında olmasından əmin olmaq üçün qanazlığı, iltihab analizi, vitamin D, hormonlar verilməli, USM keçilməlidir.
Şəkərli diabetə şübhə varsa, insulin dirənçi yoxlanmalıdır.
Bəzən libidin düşməsinə dərmanlar səbəb olur.
Oral qoruyucular qadınlarda seksual istəyi azaldır.
Əlavə tədbirlər kimi aşağı çanaq əzələsinin möhkəmlənməsi üçün idman. yoqa edin, yuxu rejiminə riayət edin".
Aygün Musayeva