Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Xristian rahibin təcrübəsi və alimlərin fikriSekssiz yaşamaq mümkündürmü?

  • 2018.10.29 22:54
  • 26585 Baxış
 - Xristian rahibin təcrübəsi və alimlərin fikri Sekssiz yaşamaq mümkündürmü?
Vaxtaşırı olaraq xristian kilsəsi rahiblərinin seks olayları ilə gündəmə gəlməsi sekssiz insan yaşamının mümükün olub-olmaması məsələsini gündəmə gətirir. Buddizim və xristian dinlərində rahiblərdən cəzbedici şeylərə meyl etməmələri və özlərini tamamilə Tanrıya həsr etmələri gözlənilir. Hər iki dində masturbasiya qəti qadağandır və rahiblərin cinsi əlaqədən imtina etmələri vacibdir. 


Medicina.az xəbər verir ki, BBC bunun nə dərəcədə sağlam olub-olmadığını bəzi sualları araşdıraraq cavablandırıb.


Oksford Universitetinin endokrinoloq professorları kişilərdə testesteron hormonunun cinsi arzuları oyandırdığını, qadın bədənində isə testesteronun esterogenlə qarışdığı üçün bu arzunun daha az olduğunu söyləyirlər. Həmçinin seksdən və cinsi hislərdən tamamilə uzaq durmağın anormal olduğunu bildirirlər.


-Kişilərin 80-90%-i mastrubasiya edirlər. Rahiblər də böyük ehtimalla bu yola baş vururlar. Tez-tez ereksiya olan kişilərdə prostat xərçəngi riskinin azalmış olması ilə bağlı tibbi sübutlar var.


Ailə qurmaq üçün rahibliyi tərk edən Cimi Obreyn kişilər üçün seksdən uzaq durmağın nə qədər çətin olduğundan danışıb.


-Elə kişilər var ki, bu, onlar üçün daha asandır, amma çox kişi üçün özü ilə böyük mübarizədir. Problem sadəcə bioloji qaynaqlı deyil. İnsan bədəninin cinsi kimyası da insanın cinsi yaşamdan imtina etməsini çətinləşdirir. Ən çətini isə yalnızlıqdır. Heç bir insan yalnız qalmaq, yalnızlıq hisslərinə qapılmaq istəməz. Yaşamını biri ilə bölüşmək istəyər.


Buddist rahiblər isə cinsi istəyi meditasiya gücü ilə idarə etməyin mümkün olduğuna inanırlar.


Rahib Stefan Vanqa görə isə evlilikdən kənar cinsi münasibət və masturbasiya xoş qarşılanacaq hal deyil. O, bunu masturbasiyanın bizi daha eqoist etdiyi və insanı içinə qapatdığı ilə əlaqələndirir.