Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Seksopatoloqa ən çox verilən 8 suala cavab: Çəkinib soruşmadıqlarınız

  • 2021.04.10 13:58
  • 21964 Baxış
Seksopatoloqa ən çox verilən 8 suala cavab:  Çəkinib soruşmadıqlarınız
Seksoloq kimdir? Qadınlar və kişilərdə cinsi həvəssizlik, ailədə intim uyğunsuzluğu müalicə edirmi? Seksopatoloq nə edir? Nə vaxt və kimlər ona müraciət etməlidir.

Seksoloq psixoterapevt həkimdir, hansı ki, daha çox seksologiya üzrə ixtisaslaşıb. O, intim münasibətlərdə problem yaşayan həm kişi, həm də qadınların fiziki və psixoloji müalicəsini aparır. Azərbaycanda da seksoloqlar az da olsa var.

Medicina.az seksoloqlara ən çox ünvanlanan suallara cavabları təqdim edir. Burda istər kişi, istər qadın onu narahat edən bəzi məsələlərə izah tapacaq.

1.Qadınlar seksoloqa hansı problemlərdə üz tuta bilər?

Qadınlar daha çox orqazm problem, qarşı tərəflə psixoloji discomfort, frigidlik, vaginizm, səbəbi bilinməyən qorxu, doğuş sonrası depressiya və s. problemlərdə seksoloqa getməlidir

2.Mən bütün günü intim əlaqə barədə düşünür və istəyirəm, bu normaldır?

Bu daha çox müəyyən yaş həddində və orta yaşlı kişidirsə hormonal hiperaktivlikdən seks arzulaya bilər.

Əslində bu normaldır, lakin qarşı tərəfin bu istəyi qarşılamaması diskomfort yaradır və kişi özünün istəyinin anormal olduğunu hesab edir. Lakin bu istək gündəlik yaşamınıza və psixikasına təsir edirsə, o zaman seksoloq və psixiatra müraciət etməlisiz.

3.Pornoya baxmaqla intim münasibət qaydaları və s. öyrənmək olarmı?

Yeniyetmə oğlan və qızlar ilk olaraq seksin necə görünməsi barədə ilk təsəvvürü pornodan ala bilir. Amma o filmlər öyrənmək və tətbiq etmək üçün əsas deyil. Çünki o səhnələr quraşdırılıb, rollarda aktrisalardır, reallıq isə başqa cür olur.

4.Ömründə heç bir dəfə də orqazm olmayan qadınlar varmı?

Bəli, olur. Bu ümumi qadınların 15%-dir. Ciddi anatomic, fizioloji səbəb olmasa, hər bir qadın orqazm ola bilər. Uzun illər heç orqazm olmamaq o demək deyil ki, bu qadın daha heç vaxt, heç kimlə bu hissə çatmayacaq. Belə ömürlük qərarı heç kim verə bilməz. Orqazm problemi də seksoloqa müraciət üçün səbəbdir.
5.Xəyanət ailədə seksual uyğunsuzluqdan yaranırmı?

Heç də həmişə yox. Ola bilər ər-arvadın seksual iştahı uzlaşmasın və ya aralarındakı məişət, xarakterik problemlər onların intim həyatına təsir etsin. Xəyanətə meyl hissi yarandıqda psixoloqa müraciət edib, buna sövq edən problemləri aşmaq lazımdır.

6.Seksual olmaq üçün nələr lazımdır?

Sağlamlığın qeydinə qalmaq, intim hissə mane olan hormonal və daxili problemləri həll etmək. Seksuallıq zahiri gözəllikdən asılı deyil. Özünə güvənli kişi, qadın, azad insan, seksual arzularını qarşı tərəfə bildirən və ondan da soruşan, eyni zamanda yataqda seksual senarilərini zənginləşdirən hər bir şəxs seksual görünür və qəbul edilir.

7.Elə bir dərman, prosedur, vasitə varmı ki, seksual həyatı yaxşılaşdırsın?

80% hallarda intim narazlıq psixoloji səbəblərdən olur. Mazlar, kremlər, hətta əməliyyat belə zahirdən heç nəyə təsir etmir. Problem varsa, başını müalicə etdirməlisən. Yeganə Keqel idman hərəkətidir ki, qadınlarda vaginal əzələləri yaxşılaşdırır

8.Doğuşdan sonra niyə qadınlarda həvəs itir?

Bu qadında baş verən hormonal yenidənqurma ilə əlaqədardır. Amma səbrli olsanız, ən geci 6 aya vəziyyət düzəlir. Ümumiyyətlə, qadınlarda yaş irəlilədikcə istək, hissiyat güclənir. Ona görə də bir çox gənc kişilər özlərindən dəfələrlə yaşlı qadınlarla intim münasibətə meyl edir.