Dünyada milyonlarla insan ən müxtəlif allergiya növlərinə tutulur. Allergiya gözlənilmədən və ağlınıza gəlməyən bir şeyə ola bilər.
Medicina.az xəbər verir ki, əvvəllər tibbin qəbul etmədiyi və mifik adlandırdığı intim əlaqəyə qarşı allergiya da artıq təsdiqini tapıb.
Kişi spermasının tərkibinə qarşı hiperhəssaslıq mövcuddur.
Hazırda Qərb ölkələrində bu həssaslığı 2 üsulla qaldırırlar: qadının uşaqlıq yoluna 5 saat ərzində hər 20 dəqiqədən bir sperma tərkibi həll olunmuş maddə daxil olunur. Tədricən dozanı artırırlar.
İkinci variant- qadına təklif edirlər ki, 3 həftə ərzində antiallergik şot içsin, hansı ki, tərkibində bir az sperma məhlulu var.
Bununla immun sistemini bu maddəyə alışdırırlar.