Amerikalı kinorejissor Harvey Weinstein-in təcavüzdə ittiham edilməsindən sonra bir seks asılılığı klinikasına getməsinin üstündən iki il keçib.
BBC-nin müxbiri Sangita Myska ötən il seksdən asılı olduğunu söyləyən insanlarla görüşərək bunun həqiqətən bir xəstəlik olub-olmadığını və necə bir şey olduğunu öyrənməyə çalışıb.
Orta Asiyadan 16 il əvvəl Böyük Britaniyaya gələn Neila-nın ilk iş yeri bir maliyyə şirkətinin əməliyyat otağı olub. Neila mühitin "milyonlarla funt sterlinq mükafat alan alfa (qadınların diqqəti özünə cəlb edən, lider kişilər) kişilərlə dolu" olduğunu söyləyir.
Neila heyətdəki iki qadından biri idi. Ofisdəki kişilər onları əsəbləşdirmək üçün bəzən ticarət məlumatlarının göstərildiyi nəhəng ekranlarda pornoqrafiya filmlərini qoyurdular:
"Bu mənim xoşuma gəlmirdi, amma karyeramın başlanğıcında idim. Yaxşı maaş verən yaxşı bir işdi və mən bu işi itirmək istəmirdim. Ofisdəki kişilərin buna reaksiya verməyimi istədiyini bilirdim, məni təəccübləndirmək istəyirdilər. Ofisdə onlarla daha rahat mübarizə aparmaq üçün evdə porno videoları və DVD-lərə tamaşa etməyə başladım".
Fotonun müəllifi: KAREN CHARMAİNE CHANAKİRA
Lakin Neila sürətlə bundan asılı oldu. Seksin heç vaxt müzakirə edilmədiyi mühafizəkar bir ailədə böyüməsinin onu "həssas etdiyini" söyləyir.
Hər gün iş yerində evə nə qədər tez gedəcəyini, hansı film və seks oyuncağı ilə masturbasiya edə biləcəyini düşündüyünü deyir:
"Sizi sakitcə ələ keçirdir, həyəcan yaradır. Belə həyəcan verən bir şeyi seyr etmək bütün hisslərinizi oyadır. Ağlınız başqa yerə gedir. Düyməsinə basmayana qədər dayanmayacağını və həzzin hər anında nəzarətin sizdə oluğunu bilirsiniz. Bu da sizi, başqa hər hansı bir insanla və qətiyyən bir kişi ilə çata bilməyəcəyiniz orqazma çatdırır. Masturbasiya etmək və orqazmın gəlməsi uzağı 5-10 dəqiqə çəkir, lakin bunun sonunun gəlməməsi üçün özünüzü saxlayırsınız. Sərxoşluğa bənzəyən bu anı tərk etmək istəmirsiniz".
Bu vasitədən istifadə edərək həftənin 7 günü gündə 2-3 saat pornoya tamaşa edirdi.
Pornoya tamaşa etmədiyində darıxırdı. Vəziyyət nə qədər zərərli hala gəlsə də özünü razı salmaq üçün saatlar sərf edirdi:
"Hər şey təhlükəsizdir, porno seyr edərək cinsi yolla keçən xəstəliyə yoluxa bilməzsən. Üstəlik makiyaj etməyinə də ehtiyac yoxdur. Hər şey istədiyin kimidir və nəticəyə zəmanət var".
Fotonun müəllifi: KAREN CHARMAİNE CHANAKİRA
Lakin o zəmanət nəticələri əldə etmək üçün seyr etdiyi pornoqrafiya növü qaranlıq bir dəyişiklik keçirirdi.
"Başlanğıcda vanil pornosu, yəni kişi ilə qadının və ya qadınla kişinin etdiyi normal pornolar. Bir müddət sonra bu işə yaramır. Bədəniniz bu hissə öyrəşir. Bu narkotik aslılığı kimidir, zaman ərzində miqdarını artırmağınız lazımdır. Miqdarı artırmaq üçün daha sərt şeyləri seyr etmək istəyirsiniz. Anal seks seyr etməyə başlayırsınız. Bir müddət sonra bu da bəs etmir. O zaman daha çox sərt şeylər seyr etmək istəyirsiniz. Qrup şəklində seks kimi ekstremal şeylərə istiqamətlənirsiniz".
Bu vəziyyət Neila-nı narahat etməyə və o özünün "pozğun" olub-olmadığını düşünməyə başlayıb.
Seksdən asılı oluğunu düşünən hər kəs üçün utanc böyük əhəmiyyət kəsb edir. Bu bir tərəfdən gizlənmək istəmələrinə, digər tərəfdən də daha məcburi davranışlara yol açır.
Neila "Bu bir ayıb və həvəsləndirici kokteyldir" deyir.
Porno eyni zamanda kişilərə baxışını da dəyişdirib. Yəni potensial bir partnyor axtararkən onların şəxsiyyətinin və xarakterinin əhəmiyyəti qalmir:
"Köynəklərinin içinə baxaraq qarın əzələlərinin olub-olmadığını aydınalşdırmağa çalışırdım. Böyük Britaniyanın orta hesabla penis ölçüsü məni qane etmirdi. Lakin bunlar həyat yoldaşınızı seçmək üçün yaxşı yol deyil".
Fotonun müəllifi: KAREN CHARMAİNE CHANAKİRA
Bir neçə dənə uğursuz münasibəti olub. Amma onu ən çox narahat edən şey "o hissi" yaşamaq üçün qadınlara zorakılıq tətbiq edilən filmləri seyr etmək məcburiyyətində hiss etməsi olub:
"Özümə "Növbədə nə var?" sualını verirdim.
Nəticədə aslılığımı təmin etmək üçün insanların öldürüldüyü filmləri seyr edəcəm?".
Neila işini tərk edərək məsləhətçi təhsili aldı.
"Pornoqrafiya aludəçiliyi" mövcuddurmu?
İndi 40 yaşında olan Neila seksdən asılı olduğuna inanan insanlara kömək edir. Təhsilini də Böyük Britaniyanın bu sahədə ixtisaslaşan az sayda klinikalarından biri olan Londondakı Laurel Centre-də alıb.
Burada müalicə almaq üçün bəzən saatı yüzlərlə funt sterlinqə çatan ödəniş etmək lazım olur. Böyük Britaniya Səhiyyə Sistemi seksdən aslılığı bir xəstəlik kimi qəbul etmir. Lakin Britaniyada hər il çoxu kişi olan yüzlərlə insan bu sahədə müalicə olunur.
Seksdən aslılıq deyilən bir şey varmı?
Dünya Səhiyyə Təşkilatı bu il Məcburi Cinsi Davranış Pozuntusunu xəstəliklər kateqoriyasına əlavə edib
Britaniyadakı Beynəlxalq Səhiyyə Sistemi seksdən aslılığı bir xəstəlik olaraq qəbul etmir və bu mövzuda rəsmi statistika aparmır
Türkiyədə Sosial Təhlükəsizlik Təşkilatı da seksdən aslılığı bir xəstəlik kimi tanımır və müalicə xərclərini ödəmir
Britaniyadakı klinikalar hər il yüzlərlə insanın müalicə üçün onlara müraciət etdiyini söyləyir
Türkiyədə də bu sahədə müalicə apardığını söyləyən çoxlu klinika var
Britaniyadakı Beynəlxalq Səhiyyə Sistemi aslılığı belə izah edir: Bir şeydən asılı olduğunuzda, onun yoxluğunda məhrumetmə sindromu yaşayırsınız
Bunun səbəblərindən biri qadınların bu problemi etiraf etməsinin daha çətin olması və daha çox ayıb hissi keçirdikləri ola bilər. Lakin səbəbi nə olursa olsun, Paul bununla bağlı müalicə axtaranlardan biridir və tipik seks asılısı tərifinə daha çox uyğun gəlir: Kişiyə və pornoya aslılıq deyil, seksdən aslılıq.
50 yaşlarında, uzun boylu, ağ köynəyi və pencəyi ilə qəşəng geyinən Paul seksdən aslılığın 30 il əvvəl universitetdə başladığını deyir. Bir gün qəfildən, uzun müddətdir münasibətdə olduğu sevgilisinin ona kifayət etmədiyini hiss etməyə başlayıb:
"Onu həqiqətən sevirdim. Amma bir gün niyəsə bir seks işçisinin yanına getdim".
"Həyəcan verən bir cinsi münasibət üçün alışıb yanırdım və bunu etməyin lazımlı bir şey olmadığını da bilirdim. Başqa bir qadınla onu heç vaxt aldatmazdım, amma seks işçisi ilə onu aldatdığımı hiss etmirdim".
"Pitsa sifariş etməyə oxşar bir şey olmuşdu"
Həftələr ərzində davranışları tamamilə dəyişdi:
"Eyni anda 6 qız sevgilim vardı və hər həftə 2-3 seks işçisiylə cinsi əlaqədə olurdum. Acdığınız zaman pitsa sifariş etmək kimi bir şey olmuşdu mənim üçün. Bir şey istədiyim zaman sifariş edirdim və mövzu bağlanırdı".
Fotonun müəllifi:KAREN CHARMAİNE CHANAKİRA
Bir şeylərin səhv getdiyini hiss etdiyini, lakin bu mövzuda kömək istəməyi düşündüyü zaman Londonda ilk işinə başladığını danışır. Paul Londonda bu davranışların təşviq edildiyini hiss etdiyini söyləyir:
"Həyat inanılmazdır. Concorde təyyarəsilə dünyanı gəzir, çoxlu pul qazanır, tez-tez Londondakı "qucaq rəqsi" olan barlara gedirdim. Özünüzü bir anda iş yoldaşlarınızla cinsi həyəcanların arxasından qaçarkən görürsünüz. Ətrafımdakı kişiləri görüncə o nöqtədə "Bəlkə də məndə bir problem yoxdur, bəlkə də mən normal bir kişiyəm" deyə düşünməyə başladım".
Lakin bunun bir problem ola biləcəyi fikri Paul-un beyninin bir küncündə qalmağa davam edib.
İş yoldaşlarıyla bir "qucaq rəqsi" olan barlara gedərək bir gecədə adam başına min funt sterlinq xərclədiklərini danışır. Hər həftənin çərşənbə axşamı, bəzən də cümə axşamı yoldaşlarıyla birlikdə getdikləri məkana şənbə günü də gedən tək kişinin özü olduğunu söyləyir. .
"Fiziki hər şeyi kişilərlə yaşayırdım"
Neila kimi Paul-u hərəkətə gətirən "o hissi" yaşamaq istəyi olub. Sırf bu səbəbdən, heteroseksual olmasına baxmayaraq 10 il ərzində kişilərlə də cinsi münasibətdə olub:
"Qadınlardan imtina edib, tamamilə kişilərə üz tutdum. Fiziki hər şeyi kişilərlə yaşayırdım. İçimdə həqiqətən bir qram homoseksuallıq olmadığını söyləyə bilərəm. Amma daha çox həyəcan axtarırdım və sonu belə oldu. Bu müddətdə çox gözəl qız sevgililərim də vardı".
Neila-da olduğu kimi Paul-un da davranışları məcburi, yəni impulsa əsaslanırdı. Sekslə məşğul olmadığı zaman onun çatışmazlığını hiss edirdi. Və onun üçün də məqsəd orqazma çatmaq deyildi. Seks ətrafındakı davranışlardan asılı idi. Neila kimi o da təcrübəni saatlara yayan bir şəkildə yaşamağı xoşlayırdı.
"Həyəcan giriş və inkişaf hissəsindədir, edəcəyiniz şeyi bilməyin gözləntisi… o vəziyyətdə boşalmaq son istədiyiniz şeydir, çünki o zaman bütün proses bitir".
Paul 12 yaşında pornonu kəşf etdikdən sonra asılı olması bir xeyli vaxt aparıb. "Ailəmin evində porno jurnallar tapdım. Pornoyla qarşılaşmaq üçün erkən bir yaşdır. Amma cinsi cəhətdən bir həyəcan hiss etdiyimi xatırlamıram" deyir. Lakin işlər sürətli internetə qoşulmaqla deyilmiş. O nöqtədən sonra seks işçilərindənsə saatlarla porno seyr edib.
Fotonun müəllifi: KAREN CHARMAİNE CHANAKİRA
Paul Laurel Centre-də üzun müddət müalicə alıb. İndi yaxşılaşma yolunda olduğunu düşünür. İllərdir ki seks işçisindən istifadə etməyib və aylardır ki porno izləməyib.
Məqsədi bir qadınla ailə qurmaqdır:
"Bu bir tənhalıq xəstəliyidir… Bir müddət sonra bu planetdə məhdud bir vaxtınız olduğunu hiss edirsiniz. Bu günə qədər dəyər verdiyim bir qadınla gözəl bir cinsi münasibətdə olmamışam. Həyatımda 30 ildir çatışmayan tək şey budur".
Dünya Səhiyyə Təşkilatı iyul ayında məcburi cinsi davranış pozuntusu adlandırdığı bu vəziyyəti rəsmən bir xəstəlik olaraq qəbul edib.
Görüşdüyüm terapevtlər Dünya Səhiyyə Təşkilatı bunu bir "aslılıq" olaraq qəbul etməsə də, bu qərarın Britaniya hökumətini də bənzər bir addım atmağa və Beynəlxalq Səhiyyə Xidməti sahəsində müalicə təqdim etməsinə cəsarət verəcəyini söyləyirlər.
Son həftələr ərzində seksdən asılı olduqlarını söyləyən başqa insanlarla da danışdım və artıq bu vəziyyətin bir aslılıq kimi qəbul edilib-edilməməsinin əhəmiyyətli olmadığını düşünürəm. Çünki hamısının həyatını məhv edən bu problemin həlli üçün köməyə ehtiyacı var.
Weinstein-in məsələsinə qayıtsaq, seksdən aslılıq üçün klinikaya getməyin davranışlarının məsuliyyətindən yayınmaq səyi olduğuna dair şübhələr var. Lakin mən görüşdüyüm insanlar məcburi davranışlarının zirvəsindəykən belə razılıqlı seks ilə təcavüzü ayırd edə bilirlər.
Bildiyim qədəri ilə heç biri cinayət törətməyib. Məncə seksdən asılı olanlar özlərinə və partnyorlarına zərər verir, "qarşı cinsi bir cinsi şikar olaraq görən seks ovçuları" isə qurbanlarını istismar edir və bunu gizlətməyə çalışırlar.