Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Seks allergiyası – kimlərdə necə yaranır?

  • 2024.02.13 22:25
  • 1457 Baxış
Seks allergiyası – kimlərdə necə yaranır?
Bu zarafat deyil: çox zaman qadınlarda bu allergiya yaranır və kişiyə “Səni qəbul edə bilmirəm, istəmirəm, həzm etmirəm” deyir.


“Medicina” xəbər verir ki, spermə qarşı allergiya yeni deyil, yayılmış haldır.
Həkimlər deyir ki, nəyəsə allergiya hər kəsdə var, sadəcə çoxunun bəxti onda gətirir ki, öz allergeni ilə qarşılaşmır.


Spermdə olan xüsusi zülala olan allergiya bir çox əlamətlərlə özünü göstərir:


- Qaşınma – 75% qadının məruz qaldığı göbələk infeksiyasına görədir. Əgər qaşınma güclü axıntı ilə olursa, bu cinsi əlaqədən sonra güclənirsə, o zaman allergiyadır.

- Yanma, göynəmə hissi – qızarma, göynəmə, ödem, şişkinlik cinsi əlaqənin ilk dəqiqələrindən yaranır.

- Spermə allergiyanın triggeri gigiyenik vasitələr, lateks, tamponlar, prezervativ, cinsi infeksiyalar olur.

Əgər bu hallar istisnadırsa, deməli, seks allergiyasıdır.

- Dəmrov – allergiya çox zaman ayaqlara, bədənə, hətta üzə yayıla bilər.
Əgər bu hal olubsa, təcili həkimə müraciət edin.

- Tənəffüsdə çətinlik – oral seks zamanı daha çox baş verir.

Baxmayaraq ki, seks allergiyası ölümcül olmur, tənəffüs problemində mütləq həkimə gedin.

Seks allergiyası hətta eyni partnyora da da ola bilər. Burda allergiya kişiyə yox, spermə qarşıdır.

Aygün Musayeva