Şəkidə xəstəxanada iki aylıq körpə naməlum səbəbdən ölüb.
Medicina.az bildirir ki, ONA-nın məlumatına görə, rayonun Yeni Çələbixan qəsəbəsinin sakini, 2019-cu il təvəllüdlü (iki aylıq körpə) Mirzəyeva Zəhra Aftandil qızı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Körpə xəstəxanada ölüb. Ölümün səbəbləri məlum deyil.
Ölüm faktı ilə bağlı körpənin valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib.
Araşdırma aparılır.