Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Turizmin İnkişafına Kömək” İctimai Birliyi “Şəkərsiz həyat – diabetlə mübarizə” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib.
"Medicina" xəbər verir ki, layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecində tələbələr üçün baş tutub..
Layihənin əsas məqsəd və vəzifəsi şəkərli diabet haqqında maarifləndirmə işləri apararaq, xəstəlik haqqında bilikləri gənclərə aşılamaqdır.
Tədbirlərdə gənclərə hədiyyələr və buketlər təqdim olundu. Layihə çərçivəsində 5 qrup olmaqla ümumi 100 nəfər gənc maarifləndirildi
Aygün