Bəşəriyyət şəkərlə cəmi 200 ildir tanışdır. Elə o zamanda da onun ifrat qəbulu ilə əlaqəli xəstəliklər inkişaf edərək çətin sağalan və ya heç sağalmayan gizli iltihabın nəticəsi olan xroniki degenerative patologiyaların yayılmasına səbəb olmuşdur. Müasir insanın qidasının xeyli hissəsini təşkil edən aşkar və gizli şəkər ateroskleroz, neyrodegenerativ xəstəliklər, metabolik pozulmalar kimi problemlərin yaranmasında başlığa amildir.
Az insane məlumdur ki,üzdə olan qırışlar, ləkələr, üz sallanmasının da günahkarı şəkərdir.
30-35 yaşadək normal kollagen sintezini təmin edən hüceyrələr sonradan zəifləçəyə başlayır. Şəkərli qidalar dərinin əsasını təşkil edən kollagen və elastini zədələyərək sıradan çıxarır, qlikasiya prosesinə və zərərli qlikotoksinlərin əmələ gəlməsinə səbəb olur. Bu qidalar: şirniyyatlar, tortlar, ağ undan hazırlanmış bütün məmulatlar, şirin qazlı içkilər, mürəbbələr, konfetlər və s.
Xarici kosmetik prosedurlar və kremlər dərinin vəziyyətni nisbətən yaxşılaşdırsa da, orqanizmə qida toksinlərinin axını dayanmadıqda, vacib komponentlərin qıtlığı yaşandıqda, bu tədbirlər müvəqqəti effekt verəcək.
Çox şəkər,şirniyyat qəbul edən xanımların dəri tipinə Şəkərli üz deyilir. Elə bilməyin ki, o xanımlar şirin görünür, xeyr bunlar ayrı-ayrı məsələlərdir.
Şəkərli üz əlamətləri ilə uzaqdan sezilir:
-Alında horizontal qırışlar
-Sallanmış yuxarı göz qapaqları
-Ümumi yorğun, rəngsiz görünüş
-Boşluqda gözlər
-Dəridə civzə, sızanaqlar
-Piqment ləkələri
Bu əlamətlər daha çox şəkər qəbulu ilə daha da artır.
Qida korreksiyası və qadını qocaldan qlokotoksinlərin bioloji təbabət metodları ilə xaric edilməsi dərinin davamlı olaraq təravətli və cavan qalmasını təmin edə bilər.
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında