Şəkərli diabet ömür boyu davam edən və daimi nəzarət tələb edən xəstəlikdir. Bədəndə qlükoza səviyyəsindən məsul olan sistemin balanssızlığı çox vaxt aşkar simptomlarla müşayiət olunmur.
Ancaq gecə baş verən əlamətlərdən birinə diqqət yetirməyə dəyər. Bu, həddindən artıq tərləmədir. Tərləmə anormal yüksək şəkər səviyyəsini göstərə bilər.
“Medicina” xəbər verir ki, şəkərli diabet xəstələri müalicəyə mümkün qədər tez başlamalıdırlar, çünki normal şəkər mübadiləsində problemlər ciddi fəsadlara səbəb ola bilər. II tip diabetin diaqnozu elə də asan deyil, çünki onun inkişafı illər çəkə bilər.
Diabetin simptomlarına aşağıdakılar daxil ola bilər:
- artan susuzluq;
- aclıq tutmaları;
- tez-tez sidiyə getmə;
- çəki itirmək;
- ümumi yorğunluq;
- apatiya;
- qıcıqlanma;
- quru və qaşınan dəri;
- yaraların sağalmasında çətinliklər;
- dərinin asanlıqla göyərməsinə meyl.
Gecə həddindən artıq tərləmə kimi bir fenomenə xüsusi diqqət yetirməyə dəyər, çünki bu diabet əlaməti ola bilər.
Diabetdə həddindən artıq gecə tərləməsi iki şeyi göstərə bilər:
- aşağı qan şəkəri (hipoqlikemiya);
- çox yüksək şəkər səviyyəsinin (hiperqlikemiya) səbəb olduğu sinir liflərinin zədələnməsi.
Çox vaxt diabetli insanlarda intensiv gecə tərləmələri sonuncu səbəbin, yəni sinir lifinin zədələnməsi nəticəsidir.
Günay Quluzadə