Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 1980-ci ildən bu yana şəkərli diabet xəstəliyinə tutulanların sayı 433 milyona çatıb. Əgər 30 il əvvəl diabet haqqında yalnız xəstələr və həkimlər danışırdısa, bu gün diabetin nə olduğunu bilməyən yoxdur. Artıq uşaq diabeti inkişaf edir və hətta yenidoğulmuşlara diabet diaqnozu qoyula bilir. Hesablamalara görə, 10 il ərzində bu rəqəm iki dəfə artacaq.
Medicina.az xəbər verir ki, diabet xəstəliyinin müalicəsi yönündə dərmanlar olsa da, bu xəstəliyi tam müalicə etmək və ondan qurtulmaq mümkün deyil.
Diabet mədəaltı vəzin fəaliyyətinin pozulmasıdır. Hormonal pozğunluq nəticəsində mədəaltı vəzi kifayət qədər insulin hormonu istehsal etmir. Bəzi xəstələrdə isə insulinrezistentlik yaranır – hüceyrələr hormonu mənimsəmə qabiliyyətini itirir və o, öz funksiyasını yerinə yetirə bilmir.
İnsulinin orqanizmdə işi çoxdur, amma ən vacibi qlükozanı qan vasitəsilə hüceyrələrə çatdırmaqdır. Məhz buna görə bütün diabetiklərdə qanda şəkərin miqdarı artmış göstərilir.
Qanda qlükozanın çoxluğu ürək-damar sisteminə zərbə vurur, xəstələrin infarkt və insult riskini artırır. Daha sonra kapilyar damarların zədələnməsi ilə görmə zəifləyir, korolma təhlükəsi yaranır, böyrəklərdə problem, daha sonra böyrək çatışmazlığı yaranır, xəstədə periferik sinir və damar sisteminin sıradan çıxması nəticəsində isə ən qorxulusu – xora, yara, yaralmayan yaralar və qanqrena baş verir.
Diabet xəstəliyi xroniki olduğundan, xəstənin birinci vəzifəsi onu nəzarətə götürüb, həyatını bu xəstəliyin tələblərinə uyğun qurmaq və ən əsası qanda şəkərin miqdarını normada saxlamaqdır.
Amma hər şeydən öncə düzgün diaqnozu bilmək lazımdır. Çünki diabetin bir neçə tipi var. Diaqnoza görə də fərqli müalicə təyin olunur.
I tip Şəkərli diabet – bu tipi insulinasılılıq və ya uşaq diabeti adlandırırlar. Ona görə ki, bu növ daha çox uşaqlıq və yeniyetməlik dövründə başlayır, irsi xarakter daşıyır.
Mədəaltı vəzi insulin sintezini dayandırır, ona görə qanda qlükoza çoxalır, hüceyrələr çatdırılmır. Diaqnostikada təkcə qanda şəkərin deyil, insulinin də səviyyəsi ölçülür. I tip diabet xəstəsində insulin hormonu ya tamamilə olmayacaq, 0 göstərəcək, ya da az səviyyədə olacaq. Bu tipdə müalicə yalnız bir metoddur: insulin inyeksiyasının təyini.
Bu tip diabetin xəstədə biruzə verən əlamətləri bunlardır:
Susuzluq, istilik hissi, tez-tez sidik, gec sağalan yaralar, dəridə qaşınma, göbələk, ovuc və dabanlarda hissiyyatın itməsi. Qlükoza toxuma və hüceyrələrə yetmədiyindən, toxumalar enerji azlığı hiss edir, diqqət yayınır, insan yorulur. Yemək və hətta yaxşı qida qəbulu da effekt vermir, ona görə belə uşaqlar sürətlə arıqlayır, zəif görünür, iştahı olmur.
II tip şəkərli diabet: ən çox yayılmış və hər yaşda insanı yaxalaya bilən növdür. Burda insulindən asılılıq olmur. Xəstəlik diabetönü, başlanğıc və gizli şəkər dövrü ilə başlayır. Hüceyrələrdə insulin azalır, qanda qlükoza yavaş-yavaş artır. Lakin müayinə zamanı mədəaltı vəzin hələ ki, normal çalışdığı və insulin hormonunu lazımi qədər istehsal etdiyi görünə bilir. Xəstəlik irəlilədikcə hətta insulin sintezi artır, çünki orqanizm hüceyrələrdə qlükoza yetməzliyinə belə reaksiya verir. Elə bilir ki, qlükoza azdır, insulin azdır, ona görə insulini artırır. İnsulinorezistentlik 10-15 il çəkə bilər. daha çox 40-50 yaşdan sonra diaqnoz qoyulur. Amma həkimlər və pasiyentlərin də etirafına görə, əslində diabetə gedən yol 30 yaşdan başlayıb.
II tip diabetin də başlıca səbəbi kimi irsi amil, genetika göstərilir. Amma bu tipin yaranmasında xəstənin qidası, həyatı, xarakteri də mühüm rol oynayır. Kök insanlarda, şirniyyat və un məmulatları çox yeyənlərdə, az hərəkət edənlərdə, stress və qorxudan II tip diabet yarana bilər.
II tip diabetli xəstələrdə qanda təkcə şəkərin yox, insulinin də dozası çox olur. Çox zaman bu növ diabet piylənmə və kökəlməyə səbəb olur. Ona görə belə xəstələrin qarışısında duran vacib məsələ idman, hərəkət və qidadır.
Daha bir diabet növü hamiləliyin son aylarında qadında görünür. Qestasion diabet adlanan bu növ hamilə qadınların 3-4 %-də meydana çıxır, doğuşdan sonra öz-özünə itir.
Dünya Səhiyyə Təşkilatı hazırda diabetin 5 formasını qeyd edir: I tip, II tip, pankreatik diabet, ikincili diabet, qestasion diabet.
Xəstəliyin müasir klassifikasiyası belədir:
I-Autimoimmun xəstəlik- insulin istehsalı dayanır.
II-İnsulindefisit diabeti- uşaq və yeniyetmə dövründə başlayır.
III-Insulin rezisdentlik – artıq çəkili, piyli insanlarda maddələr mübadiləsinin pozulması
IV-Insulin rezisdentlik artıq çəkili, lakin normal metobolizmli insanlarda yaranıb.
V-Insulin rezisdentlik-daha yaşlı insanlarda sonradan yaranır.
Hər tip və qrupa görə endokrinoloq tərəfindən dəqiq diaqnoz qoyduqdan sonra, uyğun müalicə və qidalanma sxemi təyin olunur.
Qanda şəkər səviyyəsi narahatlıqlardan asılı olamayaq ildə 2 dəfə klinikada yoxlanmalı, həmçinin insanın son 3-5 ayda qanda şəkər səviyyəsini n nə qədər olması araşdırılmalı, "gizli şəkər” analizi təyin olunmalıdır.
Şəkərli diabet xəstələri və bu xəstəliyə meyilli insanların müayinəsi və diabet önü mərhələdə mədəaltı vəzin funksiyasını normallaşdırmaq, artıq diabet xəstəsi olan insanlarda diabetin orqanizmdə yaradacağı fəsadların qarşısını almaq üçün Bioloji təbabət klinikasının xüsusi müalicə metodlarında və laboratoriya müayinələrindən istifadə edə bilərsiz.
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
(012) 430 89 49