Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkərli diabet xəstəliyinin 5 göstəricisi - SİYAHI

  • 2019.05.13 10:59
  • 37802 Baxış
Şəkərli diabet xəstəliyinin 5 göstəricisi  - SİYAHI
Tibb mütəxəssisləri diabet xəstəliyinin beş erkən simptomunu açıqlayıb. Erkən simptomlar həyəcan doğurmasa da, onları nəzarətsiz buraxmaq olmaz. Bu barədə Medicina.az "Rossiyskaya qazeta”-ya istinadən xəbər verir.   İlkin olaraq dəridə müşahidə olunan qəribə dəyişikliklərə diqqət yetirmək lazımdır. Söhbət həm dərinin xarici görünüşündən, həm də susuzluqdan irəli gələn narahatlıq hissindən gedir. Bundan başqa boyun nahiyəsində, qoltuqaltı və qasıq nahiyəsində qaralmaların olub-olmamasına fikir vermək, aşkarlandığı təqdirdə onun səbəblərini müəyyənləşdirmək lazımdır. Qan damarlarının zədələnməsi ilə əlaqədar sidik-tənasül sisteminin problemləri də həyəcan siqnalı sayıla bilər. Daha bir simptom gecələr normadan artıq tərləmə və müxtəlif yuxuların görülməsi sayılır. Bundan başqa, alimlər uzun müddət sağalmayan yaraların həyəcan təbili sayıla biləcəyini bildirir. Bütün sadalananlar yüksək şəkər miqdarının və insulinlə bağlı problemlərin ilkin carçıları ola bilər.