Bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına ötən illə müqayisədə 8 milyon manat və ya 22,2 faiz çox maliyyə vəsaiti sərf ediləcək.
Medicina.az xəbər verir ki, bu il isə Səhiyyə Nazirliyi tərəfindən bu dərmanların alınmasına 44 milyon manat sərf ediləcək.
Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi dövlət hesabına daimi dərman və özününəzarət vasitəsilə təmin edilib.
Qeyd edək ki, Azərbaycanda 263 mindən çox şəkərli dabet xəstəsi qeydiyyatdadır.
2017-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin 53 min nəfəri insulindən asılı olan 1-ci tip, təxminən 37 min nəfəri isə həm insulin, həm də həblə müalicə olunan xəstələrdir. Qalan 150 mindən çox xəstə isə yalnız həbdən asılı olan 2-ci tip şəkərli diabet xəstələridir.