Adətən həkimlər diabet xəstələrinə yumurtanı azaltmağı və ümumiyyətlə yeməməyi məsləhət görür. Çünki yumurta qanda zərərli xolesterinin miqdarını artırır.
Amma Avstraliya ekspertlərinin yeni araşdırması tam tərsini sübut edib.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, Nikolas Fullerin başçılığı ilə araşdırmaçılar 128 diabetli pasiyent üzərində uzun müddət araşdırma aparmışlar.
Pasiyentlərə pəhriz təyin olunur, onların yarısınına həftədə 2-3 yumurta verilir, digər yarısı isə həftədə 10-12 yumurta yeyir. Bu xəstələrin qan göstəriciləri və ürək-damar sistemi 6,12 ay müddətində izlənilir.
Sonda hər iki qrupun səhhətində, qan göstəricilərində elə də ciddi dəyişiklik müşahidə olunmadı. Az yumurta və heç yumurta yeməyənlər ilə həftəyə daha çox yumurta yeyənlərin analizləri arasında fərq belə yox idi.
Alınmış nəticələr onu deməyə əsas verir ki, şəkərli diabet xəstələrinə yumurta yeməyi qadağan etməyin əsası yoxdur. Şəkərli diabet xəstələri sağlam pəhrizə riayət edərək, qan və ürək-damar sistemini daha çox qoruya bilər, nəinki yumurtadan imtina etməklə.
Men seker xesdesiyem her seher 2 yumurta yeyirem bunun ne qeder ziyani var mene? Zehmed olmasa buna cavab yazasiniz.