Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkərli diabet xəstələri belə qidalanmalıdır:ürəyi qorumaq üçün...

  • 2024.07.17 15:39
  • 865 Baxış
Şəkərli diabet xəstələri belə qidalanmalıdır: ürəyi qorumaq üçün...
ABŞ-ın Nevada Universitetinin alimləri Aralıq dənizi və DASH pəhrizlərinin 1-ci tip diabetli insanlarda ürək-damar xəstəliklərinin inkişaf riskini azaltdığını müəyyən ediblər.

Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Qidalanma Cəmiyyətinin “NUTRITION 2024” illik toplantısında təqdim olunub.

Alimlər iltihabın əlamətlərini və ateroskleroz riskini azaldan pəhriz nümunələrini müəyyən etmək üçün 1-ci tip diabetli 563 iştirakçının və xəstəliyi olmayan 692 könüllünün sağlamlıq məlumatlarını təhlil ediblər.

Bu amillər koronar ürək xəstəliyi, angina pektorisi, ürək-damar çatışmazlığı, aorta anevrizması, ürək astması, miyokard infarktı və digər patologiyaların inkişafına səbəb olur.

Yaş, cins, kalori qəbulu, bədən kütləsi indeksi, qan təzyiqi, xolesterin, siqaret çəkmə vəziyyəti və fiziki fəaliyyət nəzərə alındıqda belə tədqiqatçılar Aralıq dənizi və DASH pəhrizlərinin ürək sağlamlığı üçün ən faydalı olduğunu aşkar ediblər.

Qeyd edək ki, Aralıq dənizi pəhrizində bitki mənşəli qidalar, çərəzlər, zeytun yağı, pendir çeşidləri və dəniz məhsulları bol miqdarda yeyilir. Şəkərli, yağlı qidalar, fast-food və işlənmiş ətdən isə imtina edilir.

DASH pəhrizi (hipertoniya ilə mübarizə üçün qidalanma tərzi) də oxşar qaydalara riayət etməyi nəzərdə tutur. Bu pəhrizdə meyvələrin, tərəvəzlərin, tam taxılların və az yağlı süd məhsullarının istehlakına əhəmiyyət verilir.


Aysel