Yaxın gələcəkdə diabet xəstələrinin azı 2 dəfə artacağını proqnozlaşdıran Ümumdünya Səhiyyə təşkilatı bu xəstəliklə mübarizə tədbirlərini gücləndirməyi ayrı-ayrı ölkələr qarşısında əsas tələb kimi qoyur.
Bəs insan özü 10-20 il öncədən diabetə doğru getdiyini bilə bilərmi? Hansı əlamətlərə fikir verməlidir?
Medicina.az xəbər verir ki, artıq sübut olunub ki, diabet azı 15 il öncədən siqnallar verir, bu tibbi baxımdan sübut olunub.
Yapon alimlərinin apardığı araşdırmanın nəticələri Berlində Avropa diabet konfransında təqdim olunub.
Tədqiqatçılar 2005-2016-cı ildə 27.000 insanın sağlamlığı barədə məlumatları toplayıb. Bu adamların heç birində diabet xəstəliyi yox idi.
Alimlər əsas diqqəti metobolik markerlərin bu illər ərzində dəyişikliyinə yönəldib: qanda qlükoza, bədən kütləsinin indeksi, insulinə həssaslıq.
Müşahidə müddətində 2000 insanda II tip diabet və 5000 insanda preddiabet mərhələsi aşkar olundu.
Bu xəstələrin analizləri göstərdi ki, onlarda diabetdən azı 10 il öncədən metobolik marker analizləri normadan kənara çıxır. Sadəcə insanlar vaxtında bu analizləri vermədiyindən nəticəni bilmir. Gələcəkdə heç diabet olmayacaq insanda diabet olacaq insanın analizləri hər şeyi aydın göstərir.
Məsələn, 10 il əvvəl gələcəkdə diabet olacaq xəstələrin acqarına qlükoza göstəricisi 101-105 arası dəyişirdisə, heç xəstələnməyənlərdə 95-i keçməmişdi. Diabet olmağa 5 il qalmış bu göstəricilər bir qədər də artır.
Alimlər əmindir ki, preddiabet vəziyyət hətta 20 il əvvəldən də özünü göstərə bilir.
" Əgər bir insanda 5 ildir preddiabet, yəni diabet öncəsi vəziyyət yaranıbsa, onu diabetdən xilas etmək çətin olacaq. Çünki daha öncədən profilaktikaya başlayıb, qida və həyat tərzini dəyişib, dərmanlarla korrektə olunmalıydı”- deyə təqiqatçı Hiroyuku Saqisaka bildirir.
Ona görə ildə 1 dəfə endokrinoloq təyinatı ilə gizli şəkəri təyin etmək üçün klinikada acqarına venadan qan analizi verib, nəticələri tutuşdurmaq lazımdır.
Medi Plus klinikasında şəkərli diabet analiz paketi hazırlanıb.
Mədəaltı vəzin pozulması olan insulin dirənçi
Qanda şəkər
Gizli şəkər kimi analizlərdən daha ucuz qiymətə burda keçə bilərsiniz.
Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.
Tel: 055 252 45 94;
012 434 59 36
Medicina.az saytının oxucuları üçün 10% endirimlər keçərlidir. Bunun üçün klinikada sadəcə medicina.az sözünü deməyiniz kifayətdir.