Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkərin kəskin düşməsi beyin üçün təhlükəlidir

  • 2022.09.07 14:49
  • 3627 Baxış
Şəkərin kəskin düşməsi beyin üçün təhlükəlidir

Qanda şəkər kəskin qalxdığı kimi, kəskin də enə bilər.


Bu həm şəkər xəstələrində, həm insulin dirənçi olduqda, həm də sağlam insanda uzun müddət qida qəbul etmədikdə baş verir.
"Medicina" xəbər verir ki, belə hal beyin üçün olduqca təhlükəlidir.

Həkim endokrinoloq Oksana Panova bildirib ki, hipoqlikemiya adlı bu vəziyyət gənclərdə acqalma, ciddi pəhrizlər, orqanizmin susuzlaşması, alkoqoldan və qızlarda menstrual sindrom zamanı ola bilər.


"Qanda şəkər 2,2 mmoldan aşağı düşdükdə güclü qıcolmalar, hallüsinasiya, görmənin itməsi, huşun itməsi baş verir. Dərhal müdaxilə olunmazsa, koma olur.


Belə xəstənin beynində ciddi ödem baş verir. Şəkər 3-dən aşağı düşdükdə insanda panika, tərləmə, ürəkdöyünmənin artması başlayır.

Bu əlamətlər tez-tez baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Hipoqlikemiya zamanı qlükoza və ya şirin şərbət, içki içmək mütləqdir.

Aygün Musayeva