Şəkəri əvəzləyici şirniyyatlarla əvəz etməyə ehtiyac yoxdur. Cəmiyyətdə belə təsəvvür yaranıbv ki, şəkər əsas təhlükə mənbəyidir.
Bəzi tədqiqatlara görə, gündə 150 qram fruktoza insulin həssaslığını aşağı salır, nəticədə qan təzyiqi və ya xolesterin səviyyəsinin artması baç verir.
“Medicina” xəbər verir ki, elmi dairələr günahı yalnız bir məhsulun üzərinə yıxmağın təhlükəli olduğunu bildirir. Bu insanları çaşdırır və onların gündəlik rasionunu mühüm qidadan məhrum edir.
Şəkər (və ya deyildiyi kimi, "əlavə edilmiş şəkər") bir çox məhsullarda mövcuddur - adi qənddən və şəkər tozundan tutmuş, bal, mürəbbə, şirniyyatlar və meyvə şirələrinədək.
Həkim diyetoloq – kardioloq Svetlana Pavliçenkonun sözlərinə görə, şəkəri sağlam analoqlarla əvəz etməməlisiniz. O bildirib ki, süfrə şəkəri bir molekul qlükoza və bir molekul fruktozadan ibarətdir. Bişirmə prosesində yenidən əlavə olunan şəkər çox zərərlidir.
Beləliklə, yetkin bir kişi gündə 36 q-dan çox, qadın - 25 q-dan, uşaqlar isə 25 q-dan az əlavə şəkər istehlak etməməlidir.
Ağcaqayın və qarğıdalı siropu, qəhvəyi şəkər və bal da zərər verə bilər.
Şəkər aldadıcı bir toxluq hissi və tez aclıq hissi ilə əvəz olunan enerji artımına səbəb olur. Şirin içkilər susuzluğun yatırılması illüziyası yaradır. Bundan əlavə, şəkər beynin müəyyən nahiyələrinə təsir edərək, qısa müddətli həzz verir.
Öz növbəsində, şəkərin sağlam alternativi kimi yalnız çoxlu pəhriz lifi və fitoaktiv maddələr olan təbii qidalar, məsələn, şirin bütöv meyvə və giləmeyvə hesab edilə bilər.
Günay QULİYEVA