Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Şəkəri düşmürdü, qanqrena sürətlə irəliləyir, qərarsız qalmışıq” - Ramiz Əzizbəylinin qızı atasının vəziyyəti barədə

  • 2018.12.25 18:50
  • 9529 Baxış
“Şəkəri düşmürdü, qanqrena sürətlə irəliləyir, qərarsız qalmışıq” -  Ramiz Əzizbəylinin qızı atasının vəziyyəti barədə

2 gündür, xəstəxanaya yerləşdirilən xalq artisti Ramiz Əzizbəylinin əməliyyat olunması gözlənilir. Aktroyun qızı Cəlalə Əzizbəyli son durum haqqında məlumat verib. 


Medicina.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkimlər xalq artistinin narkozdan ayılmama riskinin olduğunu deyiblər.


"Atam beynin işemik insultundan əziyyət çəkdiyi üçün əməliyyat riskli hesab edilir. Lakin ayağındakı qanqren sürətlə irəliləyir. Ona görə çarəsizik, qərarsız qalmışıq. Beynin 60%-də qan dövranı pozulub. Şəkəri də yüksəkdir. Elə qanqrena da bu səbəbdən başlayıb. Mütləq əməliyyat olunmalıdır. Bir qərar veriləcək. İndi danışır, amma halsızdır, heydən düşür”.