Statistikaya görə, bir insan ildə orta hesabla 30 kq-dan çox şəkər istehlak edir.
Şəkər böyük miqdarda istehlak edilərsə, qan şəkərinin səviyyəsi yüksələ və nəticədə insulin müqavimətinə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, şəkər piylənmə, ürək-damar xəstəlikləri, şəkərli diabet və qaraciyər yağlanması riskini artırır.
Şəkərdən qorunmaq üçün təkcə şirin çay və tortdan imtina kifayət deyil.
Souslar, mayanezlər, çipsilər, ketçuplarda da şəkər var. Konservləşdirilmiş məhsullarda, meyvə şirələrində, qazlı sularda belə gizli şəkər var.
7 gün şəkərsiz qalsaq, nə baş verər:
• Bir neçə gündən sonra şirniyyat iştahı azaldır.
• Qəlyanaltı kimi qurudulmuş meyvələr idealdır.
• Üçüncü gün yüngül bir baş ağrısı görünə bilər.
• 7- ci gündə insanlar özlərini daha sağlam, yüngül hiss edirlər.
Aygün Musayeva