Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkərdən imtina etmək kifayət deyil – Həkimlər sağlam olmağın yolunu açıqladılar

  • 2024.07.04 16:58
  • 1087 Baxış
Şəkərdən imtina etmək kifayət deyil –  Həkimlər sağlam olmağın yolunu açıqladılar
Son araşdırmalar göstərir ki, sağlam olmaq üçün şəkərdən imtina etmək kifayət deyil.

Medicina.az xəbər verir ki, həkimlər qidalanmanın qaraciyərin normal fəaliyyətinin saxlanmasında mühüm rol oynadığını xatırladıblar.

Bildirilib ki, sağlam, balanslı bir pəhriz və spirt istehlakının məhdudlaşdırılması ilk addımlar olmalıdır. Bu vəziyyətdə belə xolesterinin və qan şəkərinin səviyyəsinə nəzarət etmək lazımdır. Ekspertlər bununla bağlı öz tövsiyələrini genişləndiriblər.

Rush Universiteti Tibb Mərkəzinin həkimləri insanları pəhrizi iltihabəleyhinə, yəni antioksidantlarla zəngin qidalarla zənginləşdirməyə çağırıblar. Buraya göyərtilər, tərəvəzlər və meyvələr daxildir. Bundan əlavə, pəhrizdə mütləq zülal olmalıdır.

Mütəxəssislərin fikrincə, zülalı quş ətindən, balıqdan, eləcə də mərcimək, noxud, çərəzlər və tofu kimi bitki məhsullarından almaq daha yaxşıdır.

Həkimlər ömrü uzatmaq və daha sağlam olmaq üçün şəkərlə yanaşı, süfrədən yığışdırılmalı olan digər qidaları da açıqlayıblar.

"Bildiyiniz kimi, çox şəkər qaraciyər üçün zərərlidir. Bundan əlavə, bu orqan çox yağlı və həddindən artıq duzlu yeməkləri də "sevmir". Buna görə də, yalnız sadə karbohidratların deyil, həm sağlam olmayan yağ və duzla zəngin olan emal edilmiş qidaların miqdarını azaltmaq vacibdir.

Məsələn, siz müntəzəm olaraq burger və ya donuz əti yeyirsinizsə, şəkərdən imtina etmək qaraciyərinizə kömək etməyəcək”, - deyə həkimlər qeyd ediblər.

Onların sözlərinə görə, bu cür qidalar bədəndə iltihaba səbəb olur və orqanlarda piylərin yığılmasına gətirib çıxarır.

Mütəxəssislər siqaret və spirtli içkilərin qaraciyərə zərərli təsirlərini bir daha xatırladıblar.

“Siqaret qaraciyər hüceyrələrini zədələyir. Həmçinin spirtli içkiləri dərmanlarla qarışdırmayın – bu birləşmə orqanizmə ciddi zərər verə bilər”, - deyə dietoloq Melissa Prest bildirib.

Qastroenteroloq və dietoloq Sergey Morozov isə qaraciyəri qorumaq üçün yeməklərdə bitki yağından istifadə etməyi; balıq, dəniz məhsulları yeməyi və orta miqdarda qəhvə içməyi məsləhət görüb.

O, qəhvənin iltihabı azaltdığını bildirib.


Aysel