Diabet bir insanın qan şəkərinin təhlükəli dərəcədə yüksəldiyi vəziyyətdir.
Bəzi hallarda diabet diabetik neyropatiyaya keçə bilər.
“Medicina” xəbər verir ki, endokrinoloq Antonina Quriyevanın sözlərinə görə, diabetik sensor neyropatiya bədənin periferik nahiyələrində, məsələn, əllər, qollar, ayaqlarda hissiyyatın pozulmasıdır. Diabetli insanların 50%-də xəstəlik irəlilədikcə, neyropatik simptomlar inkişaf edəcək.
Əllərdə, qollarda, barmaqlarda və ya ayaqlarda olan əlamətlər:
• Qıcıqlanma və uyuşma
• Ağrı hiss edə bilməmək
• Temperatur həssaslığının itirilməsi
• Ayaqlarda, qollarda və ya əzalarda ağrı
• Əzalarda və ya oynaqlarda zəiflik
Onlar əvvəlcə qollarda və ayaqlarda hiss olunur, lakin sonra proksimal irəliləyir, ayaqları, topuqları və biləklərə təsir edir.
Diabet xəstələrdə ayaq xoralarının inkişaf riski yüksəkdir. Zamanla bu, osteomielit, qanqren və sepsisə gətirib çıxara bilər və ətrafların amputasiyasını tələb edir.
Ona görə qan şəkəri dəyərləri ildə 2 dəfə yoxlanmalıdır”.
Aynurə Məmmədova