Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstəliyindən qorunmağın yolları - Həkim

  • 2022.07.02 15:31
  • 3057 Baxış
Şəkər xəstəliyindən qorunmağın yolları -  Həkim


Reabilitoloq və teleaparıcı Sergey Aqapkin prediabet diaqnozu qoyulan insanlarda diabetin inkişafının qarşısını almağın yollarını açıqlayıb.

Medicina..az xəbər verir ki, həkim bu barədə “Rossiya 1” telekanalının “Ən vacibi” proqramında danışıb. Mütəxəssis bu xəstəliyin inkişaf riskini azaltmağın yollarından biri olaraq aktiv həyat tərzini göstərib.

“Mən həftədə ən azı üç dəfə kifayət qədər aktiv fiziki fəaliyyət nəzərdə tuturam. Və burada sakit gəzinti deyil, daha çox əzələlərə qlükozanı sərf etməyə imkan verəcək yaxşı, gərgin fiziki fəaliyyətdən danışırıq.

Şəkərli diabetdən qorunmaq üçün xəstələr rasionu nəzərdən keçirməlidirlər. Rəfinə edilmiş şəkərlə zəngin qidaların istehlakını azaltmaq, bəzi hallarda isə onları pəhrizdən tamamilə çıxarmaq lazımdır. Bundan əlavə, şəkərli diabet riskini azaltmaq üçün daha çox protein yemək tövsiyə edilir. Bu mənada qlükoza birbaşa antaqonistidir və zülal qəbulunun artması çox vaxt özlüyündə qlükoza səviyyəsinin müəyyən qədər azalmasına gətirib çıxarır”, - həkim izah edib.

Aqapkin yekunda bildirib ki, qidalanma və həyat tərzi dəyişiklikləri diabetin inkişaf riskini azaltmaqda təsirli olur. /publika.az/