2050-ci ilə kimi şəkərli diabet xəstələrinin sayı indiki 529 milyondan 1,3 milyarda yüksələcək.
"Medicina" xəbər verir ki, diabet dünya əhalisinin təxminən 6,1%-ni əhatə edir, bu da onu ölüm və əlilliyin əsas səbəbindən biridir.
Yaxın 30 ildə preddiabet olanların sayı iki dəfə artacaq.
Diabet xəstələrinin sayı hər il artmaqda davam edir və 2021-ci ilin sonunda onların sayı 529 milyon nəfər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 25% çoxdur. Demək olar ki, xəstələrin 96% -i tip 2 idi.
Bu hesablamalarla Azərbaycanda da hər 5 ildə şəkər xəstələrinin sayı 20% artır. Ötən illərə qədər ölkədə 250 min diabet xəstəsi olduğu deyilir, amma bu dəqiq rəqəm deyil.
Belə insanların ən çoxu Şimali Afrika və Yaxın Şərq ölkələrində, həmçinin Latın Amerikasının bəzi ştatlarında yaşayır.
Aygün Musayeva