Şəkərli diabet ilə daha sağlam yaşamaq üçün təqdim olunan "Virtual Diabet Məktəbi" Azərbaycan dilində fəaliyyətə başlayıb.
Medicina.az xəbər verir ki, bu platforma diabet ilə daha sağlam yaşamağın 4 təməl daşı - qidalanma, fiziki aktivlik, müalicə və diabetə nəzarət - barədə peşəkar mütəxəssislər tərəfindən hazırlanan məsləhətlərlə sizə bələdçi olacaq.