Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələrinə şad xəbər! - Yeni dərman hazırlandı

  • 2022.08.29 09:35
  • 3090 Baxış
Şəkər xəstələrinə şad xəbər! -  Yeni dərman hazırlandı
Münhendəki Helmholtz İnstitutunun, Almaniyanın Diabet Araşdırmaları Mərkəzinin və “Novo Nordisk” şirkətindən olan tədqiqatçılar qrupu 2-ci tip diabetin gələcək müalicəsi üçün hormonların yeni kombinasiyasını hazırlayıb.


Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər tesaglitazar və GLP-1-in (qlükaqonabənzər peptid-1) hipoqlikemik təsirlərini birləşdirərək yeni yüksək effektiv dərman hazırlayıblar. Yeni dərman artıq heyvanlar üzərində aparılan tədqiqatlarda uğurla sınaqdan keçirilib.


Tesaglitazar preparatı 2-ci tip diabetli xəstələrdə qlükoza və yağ mübadiləsini yaxşılaşdırır. O, hüceyrə nüvəsindəki iki reseptor üzərində hərəkət edərək insulinə həssaslığı artırır. Bu, 3-cü faza klinik sınaqlarında sübut edilib. Bununla belə, tesaglitazar böyrək zədələnməsi əlamətləri kimi arzuolunmaz təsirlərə də səbəb olub.



Bununla belə, dərmanı terapevtik istifadə etmək üçün tədqiqatçılar hiyləyə əl atıblar: onlar biokimyəvi yolla tesaglitazarı mədə-bağırsaq hormonu GLP-1 ilə birləşdiriblər ki, bu da bir neçə ildir 2-ci tip diabetin müalicəsində uğurla istifadə olunur. Bu, kombinə edilmiş dərmanın yalnız GLP-1 reseptorlarını ehtiva edən hüceyrə və toxumalara təsir göstərməsinə imkan verir.


Bu maddə qlükoza tolerantlığının səviyyəsini artırmaqda xüsusilə təsirli olduğunu sübut edib. Qlükoza mübadiləsində davamlı yaxşılaşma əldə etmək üçün yeni dərmanın yalnız minimal dozaları tələb olunurdu.