Bal təmiz şəkər mənbəyidir, xəstəliklərə şəfadır. Çox şəkər xəstələri qəndi bal, bəhməzlə əvəz edir. Bal şəkəri qaldırırmı?
“Medicina” xəbər verir ki, diabet xəstələri balı çox az miqdarda yeməlidir, çünki nə qədər təbii olsa da bal şəkəri qaldırır.
Ekspertlərin sözlərinə görə, bir gündə birdəfəyə yalnız bir çay qaşığı qədər bal yemək olar.
Balı birbaşa yox, zülal və lifli qidalarla birlikdə uyğunlaşdırmaq olar: yulaf, buğda, qoz, paxla. Bunlarla qəbul etdikdə şəkər kəskin qalxmır.
Bal əslində iltihabı sağaldır və hüceyrələrin insulinə həssaslığını artırır.
Diabet xəstələri qanda şəkərə nəzarət edirsə, həkimlə məsləhətləşərək, allergiya yoxdursa, balı menyuya daxil edə bilər.
Eləcə də alimlər adi kökün qanda şəkəri tənzimlədiyini və bağırsaq bakteriyalarını yaxşılaşdırdığını bildirib, ona görə şəkər xəstələri kökü özünə dost tutsun.
Aygün Musayeva