Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələrinə araq, çaxır faydalıdır?

  • 2025.04.22 09:31
  • 148 Baxış
Şəkər xəstələrinə  araq, çaxır faydalıdır?



Alkoqol diabetdən əziyyət çəkən bir insan üçün inanılmaz dərəcədə təhlükəlidir.


“Medicina” xəbər verir ki, endokrinoloq və genetik Kristina Kuznetsova bu barədə danışıb.


“Spirt mühüm orqanların işini pozur, onlardan biri şəkər xəstələri üçün zəruri olan insulin istehsal edir.


Şəkər xəstəliyindən əziyyət çəkən insan üçün spirt çox qorxulu bir şeydir. Bu, ölümlə nəticələnə bilər, çünki insulin istehsal edən qaraciyər və mədəaltı vəzinin fəaliyyətini pozur.

Diabetdən əziyyət çəkən insanlara ciddi fəsadların qarşısını almaq üçün endokrinoloq tövsiyə edir:

qan insulin səviyyəsini mütəmadi olaraq izləmək;

pəhrizə riayət etmək;
sağlam həyat tərzi sürmək”.

Həkim vurğulayıb ki, bu xəstəlik orqanlara mənfi təsir göstərdiyi üçün xüsusilə təhlükəlidir. Şəkərli diabet ürəyə, böyrəklərə, qaraciyərə və qan damarlarına ziyan vurur.

Spirt və çaxır isə qan damarlarını təmizləmir.

Aygün Musayeva