Diabet xəstələrinə hər yarım saatdan bir stuldan və ya divandan qalxmağı məsləhət görülür.
“Medicina” xəbər verir ki, gününü divan- kresloda oturaraq keçirən diabet xəstələrinə tez-tez fasilələr vermək, vəziyyəti dəyişmək, uzanmaq tövsiyə olunur ki, bu da qan şəkərinə nəzarəti effektiv şəkildə yaxşılaşdırır.
Alimlər bildirirlər ki, şəkərli diabet və oturaq iş sağlamlıq üçün son dərəcə təhlükəli ikilidir. Diabetin ağır nəticələrinin qarşısını almaq üçün vaxtaşırı stuldan qalxmalısız.
Böyük Britaniyada Diabetes UK tərəfindən aparılan araşdırma, kreslodan qalxmağın və uzanmağın şəkərli diabet zamanı qan şəkərinin səviyyəsini sabit saxlamaq üçün təsirli olduğunu sübut edib.
Hər yarım saatdan bir stuldan qalxıb, üç dəqiqəlik gəzinti yüksək qan şəkərinin qarşısının alınmasında rol oynayır.
Mütəxəssislər diabet xəstələrinə hərəkətsiz vaxt keçirməmələrini tövsiyyə edir.
Mümkünsə, maksimum dərəcədə fiziki fəaliyyətlə məşğul olmağı təklif edirlər. Məsələn, ayaq üstə və ya gəzərkən telefonla danışa, televizora baxa, hansısa işi görə bilərsiz. Bu, xüsusilə ofisdə oturaq işdə çalışanlar üçün vacibdir.
Aynurə Məmmədova