Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələri ürək ağrısını hiss etməyə bilər – XƏBƏRDARLIQ

  • 2018.02.20 17:27
  • 36282 Baxış
Şəkər xəstələri ürək ağrısını hiss etməyə bilər –  XƏBƏRDARLIQ
Həkim kardioloq Aynur Məmmədova şəkərli diabetdən əziyyət çəkən insanları və onların yaxınlarını xəbərdar edib.

" Şəkərli diabet xəstələri, xüsusən ağırlaşmış dövrdə ürək damar xəstəliklərində başlıca siqnal olan ağrını hiss etməyə bilər. Bu da sinir uclarının zədələnməsi ilə bağlıdır. Ola bilər, şəkər xəstəsində infarkt baş versin, amma xəstə ağrı hiss etməsin. İstər arterial təzyiqin yüksəlməsi, istər ürək xəstəliklərində ağrı müsbət və vacib amildir ki, xəstə vaxtında həkimə çatdırılsın. Şəkər xəstələrində ağrı hissiyatının azalması onların həyatını təhlükəyə atır. Ona görə bu xəstələrı ildə 2 dəfə mütləq kardioloq qəbulunda olub, ürəyin exokardioqrammasını etməlidirlər”.