Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələri nə qədər düyü yeyə bilər?

  • 2022.07.21 15:26
  • 6640 Baxış
Şəkər xəstələri nə qədər düyü yeyə bilər?

Düyü diabet xəstələri üçün ağ ölümdür. II tip diabet xəstələri üçün bu ərzaq qadağa altındadır.


Bakupost.az xəbər verir ki, həkimlər bunun səbəbini izah etməklə yanaşı, şəkər xəstələrinə nə qədər düyü yeməyə icazə olduğunu da açıqlayıb.


"Düyü çox yüksək qlikemik indeksə malikdir. O qanda qlükozanı kəskin artırır- 70-80 vahidə qədər.
100 qram - bir ovuc düyü, yəni plov yemək kifayətdir ki, 200 olan şəkər 300-ə çatsın.

Adətən bu diaqnozu olan xəstələr bunu bilir.

Diabet xəstələri üçün yol verilən düyü həftədə 100-150 qram ağ düyüdür.

Şəkər xəstələri qara, yabanı, qəhvəyi düyü yeyə bilər. Amma o da şəkəri qaldırır, təxminən 50 vahidə qədər".


Aygün Musayeva
BakuPost