Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələri gündə neçə addım gəzməlidir?

  • 2022.07.27 15:45
  • 3415 Baxış
Şəkər xəstələri gündə neçə addım gəzməlidir?
Diabetdə ölümün qarşısını almaq üçün gündəlik optimal addım sayı önəmlidir.


Prediabet və ya diabet xəstəsi olan təxminən 1700 yetkin üzərində aparılan yeni araşdırmanın nəticələrinə görə, gündə 10.000 addım atmaq qan şəkərinin tənzimləməsində problemləri olanlar üçün ölüm riskini azalda bilər.

Medicina.az xəbər verir ki, bu barədə endokrinoloq Fərhad Burzu məlumat verib.

Həkim qeyd edib ki, tədqiqatda iştirak edənlərin 1194 nəfəri prediabet, 493 nəfəri isə diabet xəstəsi olub. Şəkərli diabet xəstələrin acqarına qlükoza səviyyəsi 126 mq/d/L yüksək, prediabet xəstələrin isə qlükoza səviyyəsi 100-125 mq/dL arasında olub. Prediabetli yetkinlərin yarısından çoxu (orta yaş 55) kişilər olub və onlar gündə 8500 addım gəziblər. Diabetlilərin isə yarısı kişilər olub (orta yaş 61) və onlar gündə 6300 addım gəziblər. İştirakçılar 7 gün ərzində addımları saymaq üçün bellərinə akselerometr (addımölçən) taxıblar.

Onun sözlərinə görə, tədqiqatçılar yaş, cins, etnik mənsubiyyət, pəhriz, diabet dərmanlarının istifadəsinə görə düzəlişlər ediblər. 9 il ərzində 200 prediabetli, 138 diabetli insan ölüb. Sağ qalanlara əsaslanaraq gündə 10 000 addım gəzmək prediabet və diabetli insanlar üçün ölüm riskini azaltmaq üçün demək olar ən yaxşı səbəbdir.


"Gündə 10 000 addım gəzmək çətindirsə, tədqiqat müəllifləri , həkimlə danışıb hər kəsin özünə uyğun fiziki məşğələlər proqramı təyin etməsini tövsiyyə edirlər", - deyə Fərhad Burzu əlavə edib.