Çörəyi soyuducunun buzyerində saxlamaq dietoloqların tövsiyə etdiyi metoddur.
Alimlər dondurulmuş çörəyin faydasını sübut ediblər.
"Medicina" xəbər verir ki, alimlər çörəyi dondurduqda nişastanın təsiri azalır, bu da qanda şəkərin səviyyəsini salır.
Belə ki, təzə çörəkdə nişasta orqanizm tərəfindən asan mənimsənilir və gel kimidir. Nİşastanı udan hüceyrələrdə qlükoza kəskin artır.
Çörəyi buzluqda dondurduqda nişasta bərkiyir və hüceyrələr tərəfindən asan mənimsənilmir. Qanda şəkər tədricən yüksəlir.
Alimlər şəkər və insulin dirənci xəstələrinə məhz çörəyi dondurub yeməyi tövsiyə edir.
Eləcə də piylənmə, metobolik pozulma və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün gənclik yaşından buzluqdan çörək yeməyə vərdiş edin.
Aygün M