Şirin və şirinləşdirilmiş içkilər – hətta kompotlar və meyvə şirələri də diabet səbəbidir.
“Medicina” xəbər verir ki, Taftsa universitetinin qida üzrə alimləri ildə 2,2 milyon insanın şirinləşdirilmiş içkilər səbəbindən diabet olduğunu sübut edib.
Eləcə də bu içkilər 1,2 milyon halda ürək-damar xəstəliklərinə səbəb olub.
İnkişaf etməmiş, aşağı gəlirli ölkə və dövlətlərin tibbi statistik məlumatlarını analiz edən alimlər şirin içkilərlə sağlamlığın pisləşməsi arasında həyəcanverici əlaqə olduğunu müəyyən edib.
Orta vəziyyət Afrika ölkələrindədir, orda şirinləşdirilmiş içkilər 21% halda yeni diabet xəstələrini artırıb.
Latın Amerikası və Karib höfzəsi ölkələrində bu rəqəm 24%-dir. Ürək xəstəliklərində rəqəmlər 10-12% arası dəyişir.
Ən neqativ ölkələr “şirin mayenin” əsiri olan Kolumbiya, Meksika və Cənubi Afrikadır.
Orda əhalinin diabet olan xəstələrinin 48%-inin tətikləyici səbəbi şirin içkilərdir.
Energetik içkilər, qazlı şirin sular orqanizm tərəfindən tez mənimsənilir və qanda şəkəri artırır. Müntəzəm belə qidalar qəbul edənlərdə metobolik pozulma diabetlə nəticələnir. İçkilər ürək damarlarına da zərərdir.
Aygün Musayeva