Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər kəskin düşdükdə ilk yardım necə edilməlidir?

  • 2018.12.15 21:33
  • 11014 Baxış
Şəkər kəskin düşdükdə ilk yardım necə edilməlidir?
Qlükoza orqanizmin əsas enerji mənbəyidir. Beyin hüceyrələrinə qlükoza xüsusilə lazımdır. Onun çatışmazlığı zamanı hipoqlikemiya ( qanda şəkərin normadan az olması) inkişaf edir. Hipoqlikemiyanın ilk simptomları ilə isə insanların əksəriyyəti üzləşib. Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ağır pozulmalarla, hətta ölümlə nəticələnə bilər.


Şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir:


- kəskin aclıq


- halsızlıq və yorğunluq


- titrəmə


- soyuq tər


- ürəkdöyünməsinin tezləşməsi


- patoloji qorxu


- görmənin pozulması


- dil və dodaqların keyiməsi.


Əgər xəstəyə vaxtında kömək edilməzsə, insan özündən gedə bilər və onda hipoqlikemik koma inkişaf edə bilər.


Hipoqlikemiyanın əsas səbəbləri:


- insulinin düzgün yeridilməməsi və ya artıq dozada yeridilməsi


- qida qəbulları arasında uzun fasilələr, qəbul etdiyi qidalarda karbohidratların az olması


- güclü fiziki gərginlik və ya güclü stress


- spirtli içkilərin qəbulu (xüsusilə çoxlu miqdarda və acqarına)


- kəskin infeksion xəstəliklər, hərarətin artması


- hamiləlik (xüsusilə hamiləliyin əvvəlində)


- cərrahi əməliyyat


- böyrək və ya qaraciyər çatışmazlığı.


Hipoqlikemiyanın ilk simptomlarında ailənin bir üzvü dərhal "təcili yardım" çağırmalı, digərləri isə xəstəyə kömək etməlidir.


Xəstəyə dərhal 2 tikə şəkər, 1 qaşıq bal və ya şirin mürəbbə, peçenye vermək lazımdır. Daha sonra xəstəyə sıyıq və ya 1 tikə çörək, şirin meyvə vermək olar. Xəstə huşunu itirirsə, onun dilinin altına 1 tikə şəkər qoyun, xəstəni böyürü üstə uzadın (xəstədə qusma inkişaf edə bilər).


Adətən 5-10 dəqiqə ərzində xəstənin vəziyyəti düzəlməlidir. (Milli.az)