Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər əvəzediciləri karlıq və xərçəngə - səbəb olur

  • 2023.05.19 12:13
  • 2484 Baxış
Şəkər əvəzediciləri  karlıq və xərçəngə  -   səbəb olur
Süni şirin dadlandırıcılar reallıqda sağlamlığa faydadan çox zərər verir. Onlar hətta diabet xəstələri üçün adi şəkərdən daha zərərlidir.


“Medicina” xəbər verir ki, həkim – nefroloq Darya Sadovskayanın sözlərinə görə, dükanlarda satılan "şəkərsiz" qidalar yemək həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər. Üzərində "şəkərsizdir, sıfır şəkər" yazılan hər məhsula güvənmək olmaz.


“Əgər “Coco –cola Lite” hər gün içilərsə, adam kar ola bilər. Çünki, Coca-Cola Lite və pəhriz müslisində çox vaxt şəkərdən 200 dəfə şirin olan aspartam var. Bu maddə tinnitus və karlıq yaradır”.


Həkim içki və qidalara qatılan süni şəkər əlavələrinin bəzilərinin təsirini açıqlayıb.

Eritritol - Şəkər spirti. Təbiətdə qarpız, üzüm, soya sousu və hətta pendirlərdə olur.

Faydaları kariyes əmələ gətirmir, qan şəkərinin səviyyəsinə təsir etmir.

Mənfi tərəfləri: mədə-bağırsaq traktının pozulması.
Ciddi çatışmazlıqları: qan laxtalanması, ürək problemləri (insult, infarkt) riskinin artmasına dair sübutlar var.

Ksilitol - Çörək bişirmək üçün uyğun olan digər dadlandırıcılardan daha yaxşıdır. Tərkibində 40% daha az kalori var və adi şəkərdən bir qədər az şirindir.

Mənfisi: ksilitolun qan laxtalarının, trombların meydana gəlməsinə səbəb olur.

Aqav siropu - Onun sirri fruktozadadır, bu da onu şəkərdən 1,8 dəfə şirin edir. Ona görə də aqav siropunun qan şəkərinə və insulin səviyyəsinə daha az təsiri var. Onun glisemik indeksi 19, süfrə şəkərinin indeksi isə 68-dir.

Saxarin - Şəkərdən 200-700 dəfə şirindir və kalorisi yoxdur, lakin siçovullarda sidik kisəsi xərçənginə səbəb olub. Bu xüsusiyyətlərinə görə 2000-ci ilə qədər kanserogenlər siyahısında idi.

Ağcaqayın siropu - Şəkər kimi, onun glisemik indeksi bir qədər aşağıdır. İstehsalçılar onun faydalı tərkibə malik olduğunu iddia edirlər, lakin əslində tərkibində çox az vitamin və mineral var.

Aspartam - Şəkər qədər kalori təmin edir: qramı 4 kkal. Amma aspartam 200 dəfə şirindir.

Arıqlamaq üçün şəkərsiz müsli qəbul etsəniz, 2-3 ay sonra tinnitus və karlığa səbəb ola bilər.

Bu maddələr onkologiya riskini 12% -dən 17% -ə qədər artırır. Döş xərçəngi riskini də 22%-ə qədər artdığına dair sübutlar var.


Günay Quluzadə