Təbii anti-bakterial olan bal, orqanizmi gücləndirir və saçlarınıza əlavə güc verir.
Medicina.az xəbər verir ki, bal saçları vitamin və mineralla qidalandırır. Bal maskası ilə saçlarınız daha güclü və parlaq olacaq.
Hazırlanma qaydası
1 yumurta sarısı
3 yemək qaşığı bal
1 avokado
Ərzaqları qarışdırın. Saçlarınızın hər yerinə istifadə edin və 30 dəqiqə saxlayın. Daha sonra normal temperaturda su ilə durulayın. Bunu həftədə ən az iki dəfə təkrarlayın.
Quru saçlar üçün
1 stəkan bal
2 yemək qaşığı zeytun yağı
Təmiz saçlara bir neçə dəqiqə masaj edin. 20 dəqiqə saçınızda saxladıqdan sonra ilıq su ilə durulayın.
Saç tökülməsinə qarşı
1 çay qaşığı darçın
3 çay qaşığı zeytun yağı
3 çay qaşığı bal
Ərzaqları qarışdırın və saçınızın dibinə 5-10 dəqiqə masaj edin. Uclara qədər istifadə etməyinizə ehtiyac yoxdur. Sonda isə ilıq su ilə durulayın.
Zədələnmiş saç ucları üçün
1 stəkan balı saçlarınızın hər tərəfinə masaj edin. 20 dəqiqə saxlayın. Bu üsulla saçlarınız qidalanar və əvvəlki parlaqlığına geri dönər.
Yağlı saçlar üçün
4 qaşıq bal
2 limonun suyu
Qabda yaxşıca qarışdırılmalı, saç dərinizə masaj edilməlidir. Saçınızda 3 dəqiqə saxlanmalıdır. Sonda isə bol su ilə yuyun.
Aytac Zeynalova