Azərbaycanlı çahmat qrossmeysteri Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilmiş “Masters” turnirini yarımçıq dayandırmasının səbəbini açıqlayıb.
Medicina.az xəbər verir ki, 36 yaşlı şahmatçı xəstəlik səbəbindən yarışla vaxtından əvvəl vidalaşdığını deyib.
“Təəssüflər olsun ki, Cəbəllütariq turniri zamanı allergik xəstəlik keçirdim və bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım.
Turnirin təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən, baş təşkilatçı Stüart Konkvestə təşəkkürümü bildirirəm. Artıq Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə”