Bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 13 mlrd. 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 mlrd. 150,2 mln. manata çatıb.
Medicina.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcə vəsaitlərinin 13%-i və ya 1 mlrd. 841,5 mln. manatı təhsil və səhiyyə sahələrinin maliyyələşdirilməsinə xərclənib.