Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyində Elmi –Tibbi Şuranın iclası keçirilib

  • 2018.10.25 14:33
  • 8292 Baxış
Səhiyyə Nazirliyində Elmi –Tibbi Şuranın iclası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 2018-ci il oktyabr ayı üçün nəzərdə tutulmuş iclası keçirilib.


Medicina.az xəbər verir ki, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Rahim Əliyev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.


Gündəlikdə duran məsələlər: Elmi-Tibbi Şuranın nəzdində Etik komitənin yaradılması, tibbi ixtisaslar üzrə milli rəhbərliklərin hazırlanması, kliniki təlimatlar, elmi işçilərin attestasiyası qaydaları, 2016-2020-ci illər üçün Vərəmlə mübarizə üzrə "Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə 2017-2018 ci ilin hesabatı və Akkreditasiya ilə bağlı müraciətlər müzakirə edildi bu mövzular ətrafında məruzələr dinlənilib.

 

Səhiyyə Nazirliyində Elmi –Tibbi Şuranın iclası keçirilib