Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir.
Yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədi ilə 17.05.2019-cu il tarixində səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev 17.05.2019-cü il tarixində Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlardan Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçmələri xahiş olunur.