Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin SAYI ARTDI

  • 2021.07.16 15:20
  • 1084 Baxış
Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin    SAYI ARTDI

Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

Medicina.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib. Nazirliyin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.