Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyinin Çağrı Mərkəzinə Kimlər zəng edə bilər?

  • 2024.04.03 14:13
  • 683 Baxış
Səhiyyə Nazirliyinin Çağrı Mərkəzinə    Kimlər zəng edə bilər?
Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi hər gün müxtəlif müraciətləri qəbul edir.

Çağrı Mərkəzinə 9109 qısa nömrəni yığmaqla müraciət etmək olar.

"Medicina" xəbər verir ki, şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.



“Çağrı Mərkəzi” müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, tibbi reabilitasiya xidmətlərinin sistemli yanaşma və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədilə yaradılıb.




“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.


Fəaliyyət göstərdiyi ötən bir il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 56 358 müraciəti cavablandırılıb.



Bunlardan 12 062 müraciət əsaslı, 44 296 isə proaktiv zənglər təşkil edib.


Ötən müddət ərzində Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 1940 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə və müalicə ilə bağlı 1930 müraciət daxil olub. Daxil olan müraciətlərdən Səhiyyə Nazirliyinin tabeliyindəki reabilitasiya mərkəzlərinə ümumillikdə 975 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 613, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 338 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib.

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.