Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyindən topuq testi ilə bağlı müraciət - Mütləq bunu etdirin

  • 2022.06.03 15:53
  • 3796 Baxış
Səhiyyə Nazirliyindən topuq testi ilə bağlı müraciət    - Mütləq bunu etdirin


“Gərək yenidoğulmuşlardan topuq testinin götürülməsinə görə əhali ilə böyük iş aparılsın”.

Medicina.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Rüstəm Hüseynov bildirib.


Onun sözlərinə görə, bu test könüllüdür və çox məsləhətlidir:

“Heç kim istəməz ki, sonradan hansısa xəstəlik aşkarlana və həkim deyə ki, artıq gecdir, müalicəsi yoxdur. Valideynlər özləri gərək bunu düşünsünlər. Biz artıq bir aya yaxındır bu testi götürürük. Valideynlərə məsləhət və tövsiyələrimizə baxmayaraq, övladına topuq testi etdirməyənlər olur. Başa düşmək lazımdır ki, topuq nahiyəsindən test götürməklə uşağı incitmirik, əziyyət vermirik.

Valideynlər əsasən bundan qorxur. Topuq yuyulur, sterilizə edilir, sonradan oradan 1 damcı qanla xüsusi kağız üzərində 5 yerə vurulur. Bu test uşağın yeməyindən 3 saat sonra götürülür. Testi vaxtında doğulan uşaqların 3-cü sutkasında, vaxtından əvvəl doğulan uşaqların isə 7-ci sutkasında götürmək tövsiyə olunur”.