“Uşaq və böyüklər arasında qızılcaya yoluxma zamanı müşahidə edilən simptomlar eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirirlər”.
"Medicina" bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
40 yaşdan yuxarı insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəzisi, ümumiyyətlə, peyvənd olunmayıb.
“Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla bir və altı yaşlarında vurulmalıdır. Altı yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”.