Günvurma Günəş şüalarının beyinə güclü əsiri nəticəsində yaranır.
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
"Günvurmada ilkin əlamətlər tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və s. kimi hallarla müşahidə edilir:
Həkimə vaxtında müraciət edilməsə, tənəffüs, ürək çatışmazlığı kimi əlamətlər özünü kəskin şəkildə göstərə bilər.
Günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və s. kimi faktorlardan da asılı olur.
Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür”.
Aygün M