Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə nazirliyində ƏMƏLİYYAT - Saxlanılanlar var - VİDEO

  • 2024.12.23 18:21
  • 261 Baxış
Səhiyyə nazirliyində  ƏMƏLİYYAT - Saxlanılanlar var - VİDEO
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyatın ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Əlavə məlumat veriləcək.


***

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.






Səhiyyə nazirliyində  ƏMƏLİYYAT - Saxlanılanlar var - VİDEO