Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi

  • 2019.01.31 18:19
  • 6026 Baxış
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi
 

Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb.


Nazirliyin mətbuat xidmətindən Medicina.az-a verilən məlumata görə, aşağıda adları qeyd dolunan şəxslər İctimai Şuraya üzv seçiliblər:


1. Ağayev Qorxmaz Siracəddin oğlu - "Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi


2. Eyvazov Taryel Əli oğlu - "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi


3. Nəbiyeva Ziba Vasif qızı - "İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi


4. Salayev Rüstəm Əli oğlu - "Psixo-Sosial yardım” İctimai Birliyi


5. Sultanova Yeganə Teymur qızı - "Azərbaycan Diabet Liqası” İctimai Birliyi


Qeyd edək ki, İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq.