Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyi qızılca əleyhinə peyvənd kampaniyasına başlayır – Direktor müavini açıqladı

  • 2019.02.20 13:12
  • 8668 Baxış
Səhiyyə Nazirliyi qızılca əleyhinə peyvənd kampaniyasına başlayır –  Direktor müavini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır. Məlumata görə, peyvənddən imtina edənləri yolxucu viruslar ölümə aparır. Ötən ilin sonlarından  başlayaraq bu virus Azərbaycanda da tüğyan etməyə başlayıb. Bəs hazırda vəziyyət necədi? İnsanların təşvişə düşməsinə bir əsas varmı?

 

Məsələ ilə bağlı Medicina.az-a danışan  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib ki, qızılca peyvənd olunmayan insanlar arasında yayılıb: "Azərbaycanda qızılca  xəstəliyi 2018-ci ilin noyabr ayının sonlarından başlayaraq qeydə alınır. Bu ən çox Peyvənd olunmayan insanlar arasında qeydə alınır”. 


Onun sözlərinə görə, sözügedən virus Azərbaycana başqa dövlətlərə səfər zamanı yoluxmuş insanlar vasitəsi ilə gətirilib: "Əsasən qızılca xəstəliyinə tutulma faktları 20-40 arası yaşlarda olan insanlarda müşahidə olunub. İstisna hallarda isə yaşlı insanlarda da qeydə alınıb. Onu da deyək ki, ötən ilin dekabrında və bu ilin yanvar və fevral aylarından başlayaraq xəstəlik nisbətən azalıb”.


Nazirlik rəsmisi bildirib ki, hər hansı bir səbəbə görə vaxtı ilə qızılca paratit-məxməri əleyhinə peyvənd olmayan  10 yaşa qədər uşaqlar peyvəndə cəlb olunub: "Qızılca xəstəliyinə qarşı peyvənd ilk 12 aylığında, növbəti isə 6 yaşında olunur. Lakin bəzən valideynlər müəyyən səbəblərdən övladlarını peyvənddən yayındırırlar”. 


Afaq Əliyevanın sözlərinə görə qızılca-məxmərək əleyhinə 160 min dozada vaksin ölkəyə gətiriləcək. Fevralın sonu və martın əvvəllərində vaksin ölkəyə gətirildiyindən sonra Səhiyyə Nazirliyi tərəfindən əmr veriləcək və yaşlı insanlar arasında da, peyvənd işlərinə başlanılacaq: "Onu da deyək ki, böyük yaşlı əhali arasında da 2006-cı ildə qızılcaya qarşı genişmiqyaslı kampaniya keçirilib. Eyni zamanda həmin ildə 30-35 yaş arası qadınlar arasında da, peyvənd işləri aparılıb. Bunun nəticəsi olaraq 2008-ci ildən Azərbaycanda məxmərək xəstəliyi qeydə alınmayıb. 2013-cü ilə qədər qızılca da yox idi. Çünki çox böyük bir kampaniya zamanı həmin il 2 milyona yaxın vətəndaş peyvəndlə əhatə olunmuşdu. Və onun nəticəsidir ki, uzun illər idi ölkəmizdə xəstəlik yox idi”. 


Xəstəliyin alovlanması isə 2013-cü ilin iyulundan başlanıb. 2018-ci ildə isə virusun yayılma miqyası genişlənib. Dünyada peyvənddən yayınma faktları bir çox hallarda ölümlə nəticələnib. Xatırladaq ki, Ukraynada  bəhs etdiyimiz virusa minlərə insan yoluxub. Məlumata görə, Ukraynada 54481 nəfər virus daşıyıcısından  20204-ü böyük, 34277-si isə uşaq olub. Həmçinin 16 nəfər həyatını itirib. Meydana gələn qorxunc rəqəmlər peyvəndin önəmi barədə təkrar düşünməyə vadar edir.


Ayna

Medicin.az