Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikronun əlaməti açıqlandı - Ürəkbulanma və qarın ağrısı ilə başlaya bilər

  • 2022.01.14 15:57
  • 2480 Baxış
 Omikronun əlaməti açıqlandı -  Ürəkbulanma və qarın ağrısı ilə başlaya bilər
""Omicron” ştamı COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “Omikron" ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

“Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omicron” və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil”.